Ukrayna dövləti rus işğalçılarından müdafiə olunmaq üçün lazım olan silahların siyahısını Konqresə təqdim edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-dan tələb olunan silahların siyahısını CNN telekanalı dərc edib.
Bu siyahıya kəşfiyyat dronları, taktiki radarlar, PUA-lar üçün elektron döyüş sistemləri və döyüş təyyarələri, xüsusən də Su-25 daxildir.
Siyahıda artilleriya sistemləri, zenit-raket kompleksləri, tank əleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə avadanlıqları da var.
Ötən həftə Ukrayna hər gün 500 Amerika istehsalı olan “Stinger” və “Javelin” raketləri tələb edib.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ-dan təxminən 30 yeni təchizatdan ilk altısı artıq Ukraynaya gəlib.
Kirbi bildirib ki, Vaşinqton ukraynalıların əksəriyyətinin ehtiyac duyduğu tədarüklərə, o cümlədən tank əleyhinə və zenit sistemlərinə üstünlük verir. Həmçinin vəd edilib ki, “Switchblade” sistemlərini tezliklə göndərməyə başlayacaq.