31 Mart 2022 10:22
5 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru, 2014-2015-ci illərdə bu qurumun sədr müavini və Təhlükəsizlik İslahatı Agentliyinin direktoru Viktor Yaqun Kiyev yaxınlığında nüvə fəlakəti təhlükəsi barədə xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, bundan əvvəl Rusiya etiraf edib ki, Kiyev vilayətində təşəbbüsü itirib, rus işğalçılarının oradakı hücumu öz məqsədinə çatmayıb, lakin qoşunların çıxarılması müşahidə edilmir.

“Hərbçilərimiz rus qoşunlarının belə panika ilə geri çəkilməsinə, hətta çıxarılmasına da baxmır. Əksinə, onlar işğal olunmuş ərazilərdə möhkəmləniblər, onları şəhər hüdudlarından çıxarmaq çox çətindir, çox müqavimət göstərirlər. Yeganə bir şey var. Bir neçə hərbi hissələri faktiki dağıdılıb. İndi onlar yenidən təşkilatlanmaq niyyətindədir”,- general deyib.

O əlavə edib ki, Çernobl Atom Elektrik Stansiyasının yaxınlığında sursatların yığılması ilə bağlı vəziyyət böyük narahatlıq doğurur:

“Çünki Ukrayna hakimiyyətinin bəyan etdiyi kimi, Belqorodda anbarların yaxınlığında baş verənləri nəzərə alsaq, stansiya yaxınlığında da eyni fövqəladə vəziyyətin yaranma ehtimalı yüksəkdir. Və bu, həm də Kiyevin bilavasitə yaxınlığında ekoloji və nüvə fəlakətinə səbəb ola biləcək çox ciddi vəziyyətdir. Çox güman ki, bu, təkcə Ukraynada deyil, digər ölkələrdə də yayıla bilər. Rusların bu ərazini tərk etmək istədikləri deyilmir”.

General əmindir ki, belə yolla Rusiya ordusu onsuz da işğal olunmuş sərhədləri birləşdirə və saxlaya bilər:

“Ukrayna müdafiəçilərinin edə biləcəyi yeganə şey onları ərazidən qovmaqdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər