31 Mart 2022 13:36
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrailə səfərim zamanı səfirlərin təyinatı məsələsini müzakirə edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İsraillə münasibətlərin normallaşması məsələsi İsrail prezidentinin Ankaraya səfəri zamanı xarici işlər nazirləri tərəfindən müzakirə olunması razılaşdırılıb. Biz bunu mümkün səfərimizdə görəcəyik. İsraillə münasibətlərimizin normallaşması Fələstin məsələsi hesabına olmayacaq. Fələstin İsraillə münasibətlərin normallaşmasını istəyir. Səfərim zamanı səfirlərin təyinatını müzakirə edəcəyik”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər