31 Mart 2022 23:12
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CBS News”un xarici xəbərlər departamentinin rəhbəri və “Fox Nation” kanalının keçmiş aparıcısı Lara Loqan amerikalı Rotşild ailəsinin təkamül nəzəriyyəsini irəli sürmək üçün avstraliyalı elm adamı Çarlz Darvinə pul ödədiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, Loqan təkamülün elmi olaraq cavablandırıla bilməyəcəyini də deyib.

“Məncə, Darvin dəlillərə əsaslanan bir nəzəriyyə irəli sürmək üçün kimsə tərəfindən işə götürülüb. Darvini kimin işlətdiyini bilən varmı? Darvinizm haradan gəlir? Rotşildlərdən”, - jurnalist bildirib.

Loqanın təkamül nəzəriyyəsi ilə bağlı sözləri dünya mediasında heyrətlə qarşılanıb.

“Decision” qəzeti Lara Loqanın ABŞ-ın keçmiş prezidenti Donald Trampa yaxın olduğunu yazıb. Nəşr jurnalistin fikrini “biabırçılıq” adlandırıb.

Bəzi nəşrlər mövzu ilə əlaqədar olmasa da, Laranın 2011-ci ildə Qahirədə cinsi təcavüzə məruz qaldığına da diqqət çəkiblər.

İsrailin “The Jerusalem Post” qəzetinə görə, Lara Loqan antisemitizm və sui-qəsd nəzəriyyələri yaymaqla tanınır və Ukrayna müharibəsində Rusiyaya dəstək verir. Bildirilib ki, Loqanın işlədiyi agentlik medianın təzyiqi nəticəsində cənubi afrikalı aparıcını işdən çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu