31 Mart 2022 20:57
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Stoltenberq Rusiyanın geri çəkilmədiyini, əksinə qüvvə topladığını bildirib.

NATO baş katibi Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün sülh danışıqları üçün göstərdiyi səylərə də toxunub: “Ukrayna ilə Rusiya arasındakı danışıqlara ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm”.

Danışıqların davam etdirilməsini müsbət qiymətləndirən Stoltenberq Rusiyanın hələ də niyyətinin dəyişdiyini göstərən addım atmadığına diqqət çəkib.

“Rusiyanın Ukraynadakı hücumlarını azaldacağını eşitdik, amma rus qoşunları geri çəkilmir, onlar yenidən mövqelərini dəyişirlər. Rusiya qüvvələrini yenidən qruplaşdırır, Donbas bölgəsində yeni hücuma hazırlaşır, ona görə də biz daha çox ağrı və əzablara səbəb olacaq hücumlar gözləyə bilərik”, - Stoltenberq söyləyib.

NATO baş katibi Ukraynaya hərbi dəstəyi artırdıqlarını və nəticədə son beş həftə ərzində Ukraynanın müqavimətinin asanlaşdığını deyib, ehtiyac olduğu müddətdə hərbi və maliyyə dəstəyinin davam etdiriləyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər