1 Aprel 2022 10:21
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Çernobıl Atom Elektrik Stansiyasından çıxıb. Hazırda stansiyada heç bir əcnəbi yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Nüvə Enerjisi İstehsalı Təşkilatının (“Enerqoatom”) açıqlamasında bildirilib.

Bundan əlavə, Rusiya ordusunun Kiyev vilayətində yerləşən Slavutiç şəhərindən geri çəkildiyinin bildirildiyi açıqlamada vurğulanıb ki, ruslar stansiyadan çıxarkən əsir aldıqları Ukrayna Milli Qvardiyasının hərbçilərini də özləri ilə aparıblar.

Çernobıl Atom Elektrik Stansiyası fevralın 24-də Rusiya hərbçiləri tərəfindən ələ keçirilib, bundan sonra stansiyadakı nüvə monitorinq sistemlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat ötürülməsini dayandırdığı deyilib.

Çernobıl işlək stansiya olmasa da, heç vaxt tamamilə tərk edilməyib və daimi nəzarət altındadır. Obyekt 1986-cı ildə “dünyanın ən dəhşətli nüvə qəzası” adlandırılan hadisəyə səhnə olub.


Müəllif: Mənsur Rəğbətoğlu