1 Aprel 2022 12:00
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynaya hücumdan sonra Putinin əvvəlki gücü qalmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu “Sky New”a açıqlamasında İngiltərə müdafiə naziri Ben Uolles deyib.

“O, artıq özünün qurduğu qəfəsə düşmüş adamdır. Ordusu tükənib, xeyli itki verib. Rusiyanın bu böyük ordusunun reputasiyası yerlə bir olub. O, təkcə Ukraynaya etdiklərinin yox, eyni zamanda, öz ordusuna etdiklərinin bədələni ödəməlidir”, - Uolles qeyd edib.

Həmçinin müdafiə naziri bildirib ki, Rusiya qüvvələri yenidən qruplaşdırılaraq diqqətlərini Ukraynanın cənubu və şərqinə yönəldir: “Bunu əvvəllər də görmüşük”.

Uolles rus qüvvələrinin daha çox mülki yaşayış yerlərini hədəfə aldıqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu