1 Aprel 2022 11:48
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya bunu kifayət qədər yaxşı başa düşmür – o, nə qədər aqressivdirsə, bir o qədər də sivil dünyaya üz tuturuq və bunun bizim yeganə perspektivimiz olduğuna inanırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanlına müsahibəsində deyib.

“2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin məqsədi bizim Avropa İttifaqı və NATO-ya olan istəklərimizi puça çıxarmaq idi. Rusiyadan nə qədər çox təzyiq hiss ediriksə, bir o qədər də bizə aydın olur ki, Avropa Gürcüstan, Ukrayna və Rusiyanın bütün qonşuları üçün yeganə perspektivdir. Rusiya bunu kifayət qədər yaxşı başa düşmür – o, nə qədər aqressivdirsə, bir o qədər də sivil dünyaya üz tuturuq və bunun bizim yeganə perspektivimiz olduğuna inanırıq”, - Zurabişvili bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu