25 Noyabr 2014 00:47
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Borcların geri ödənilməsi və iqtisadiyyatın sabit saxlanılması məqsədi ilə Rusiya 240 milyard dollar nağd çıxış reallaşdıracaq.

Axar.az xəbər verir ki, bu barədə açıqlama verən Kreml sözçüsü Sergey Qlazyev pul ixracının ölkədə olan pul vəsaitlərinin dövriyyəsini təhdid altına aldığını deyib.

Rusiya parlamentinin üst qanadında danışan Kreml sözçüsü cari il üçün nağd çıxışın 100-120 milyard dollar arasında olduğunu deyib:

“Bu, təxminən 5 trilyon rubl edir. Borcların ödənilməsi ilə əlaqədar olan bu rəqəm gələn ilin sonuna kimi 130 milyard dollar olacaq. Yerli iqtisadiyyatın qismən sabit saxlanılması üçün itkilər 1 trilyonu ötəcək. Ümumilikdə itkilərin 11 trilyon rubl olduğu təxmin edilir. Ölkədən xarici qaynaqların çıxarılması çox təhlükəlidir”.

Daha sonra Qlazyev parlamentdə hökuməti və Mərkəzi Bankı tənqid edərək, nağd çıxışının dayandırılması üzrə onların fəaliyyətinin nəticə vermədiyini deyib.


Müəllif:

Oxşar xəbərlər