25 Noyabr 2014 01:25
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın cənub Oaxaka ştatında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 7 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum səbəblərdən sərnişin avtobus idarəetməni itirərək aşıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.


Müəllif: