İranın nüvə proqramı ilə bağlı danışıqların müddəti 2015-ci il, iyunun 30-dək uzadılıb.
İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan edib.
“Biz “altılıq” ölkələri ilə birlikdə İranın nüvə proqramı ilə bağlı diplomatik səylərin davam etdiriləcəyini, danışıqların müddətinin iyunun 30-dək uzadılması barədə razılığa gəldik. Qarşıdan gələn 4 ay ərzində danışıqları bitirmək niyyətindəyik. İyunun 30-dək isə yerdə qalan ziddiyyətlər və fikir ayrılığı tərəflər arasında keçirilən müzakirələrdə öz həllini tapmalıdır”, deyə Eşton bildirib.