25 Noyabr 2014 08:04
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-ə keçən gecə İndoneziyanın Sumatra adası yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Açex əyalətində, arxipelaqın inzibati mərkəzi Simeluyedən 19 km şimali-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.


Müəllif:

Oxşar xəbərlər