3 Aprel 2022 12:54
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan parlamenti baş nazirə etimadsızlıq təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Pakistan telekanalları tərəfindən canlı yayımlanan müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.

Qeyd edək ki, ölkənin baş naziri İmran Xana etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı təklifi müxalifət edib.

Müxalifət 2018-ci ildə hakimiyyətə gələn İmran Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də korrupsiyada ittiham edir.


Müəllif: Teleqraf.com