3 Aprel 2022 14:11
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın “Geo-TV” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pakistan parlamenti Baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.

Daha sonra Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin Baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.


Müəllif: Teleqraf.com