3 Aprel 2022 15:12
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə ən böyük valyutadəyişmə məntəqələrindən birində güclü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TOLOnews" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, partlayış Saray Şahzadə ərazisində baş verib. Hadisə nəticəsində ölənlər var. Daha sonra ölkədə "Taliban" hərəkatının formalaşdırdığı hökumətin Daxili İşlər Nazirliyi 10 nəfərin yaralandığını bildirib.

Ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər, səhər saatlarında naməlum şəxs Saray Şahzadə adlanan ərazidə yerləşən valyutadəyişmə məntəqəsinin ərazisinə quldurluq etmək məqsədilə qumbara atıb.


Müəllif: Teleqraf.com