3 Aprel 2022 22:56
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın qazla yanaşı digər məhsullara görə rublla ödəniş tələb edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya üçün tam təcriddən söhbət gedə bilməz.

"Müasir dünyada bu, texnoloji cəhətdən mümkün deyil və dünya Avropadan çox böyükdür. Rusiyanın özü də Avropadan çox böyükdür. Amma gec-tez istəsələr də, istəməsələr dialoqa getməli olacaqlar", - Peskov qeyd edib.


Müəllif: Teleqraf.com