4 Aprel 2022 10:15
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mariupolun tutulması Rusiyanın Ukraynaya müdaxiləsinin əsas hədəfidir. Çünki bu şəhər Rusiyadan işğal olunmuş Krıma quru dəhlizi ilə təmin etməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya qoşunları şəhəri tutmağa çalışır, hazırda Mariupolda şiddətli döyüşlər davam edir. Şəhər intensiv atəşə məruz qalır, amma Ukrayna qüvvələri mərkəzi ərazilərə nəzarəti saxlamaqla qətiyyətlə müqavimət göstərir. Mariupol demək olar ki, Rusiyanın işğalının əsas hədəfidir, çünki bu şəhər Rusiyadan işğal olunmuş Krıma quru dəhlizi təmin etməlidir”, - açıqlamada deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu