4 Aprel 2022 11:37
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orban dördüncü dəfə qalib gələrək baş nazir postunu qoruya bilib.

Teleqraf.com xəbər verir ki, səsvermə bülletenlərinin 98%-dən çoxu sayılıb və Orbanın lideri olduğu partiya 53,1% səs toplayıb.

“Biz qalib gəldik və bu, Brüsseldən görünür. Xristian Demokratların milli siyasəti qalib gəldi və Brüsselə bunun keçmiş deyil, gələcək olduğunu söyləməliyik”, - Viktor Orban tərəfdarlarına müraciət edərkən bildirib.

Orban qeyd edib ki, seçkilərin nəticələri macarların vətənlərinə sevgisini sübut edib.

Orban çıxışında Macarıstanda muzdlular vasitəsilə siyasi sistemi devirməyə cəhd etdiyi iddia edilən “Soros”dan da bəhs edib. O, ciddi müqavimətə baxmayaraq qalib gəldiyini bildirib.

Qeyd edək ki, hazırda Macarıstan və Ukrayna arasında münasibətlər kəskindir. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Viktor Orbanı Putinlə əlaqələrinə görə tənqid edib və Macarıstan-Ukrayna münasibətlərinə xələl gətirib.


Müəllif: Nemət