5 Aprel 2022 11:12
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın şimalından şərqə yerləşdirilmək üçün çıxarılan Rusiya qoşunları döyüşü bərpa etməzdən əvvəl əhəmiyyətli dərəcədə yenidən təchizat və modernləşdirməyə ehtiyac duyur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

Hərbçilər bildirirlər ki, Ukrayna qüvvələri Ukraynanın şimalında mühüm ərazini geri alıb, tədarük zəncirini kəsib və rus işğalçılarını Çerniqov yaxınlığında və Kiyevin şimalındakı ərazilərdən geri çəkilməyə məcbur edib.

Çox güman ki, Rusiyanın işğal etdiyi bəzi ərazilərdə az da olsa, döyüşlər davam edəcək.

Bundan əvvəl Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının ölkənin şərqinə hücum etmək üçün yenidən qruplaşması barədə məlumat vermişdi. Bunun üçün düşmən Polesie və Şimaldan qoşunlarını çıxarır və Mərkəzi Hərbi Dairə qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını artıq başa çatdırıb.


Müəllif: Nemət