6 Aprel 2022 11:23
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Şanxay şəhəri COVID-19 virusu səbəbilə karantinə alınıb.

Teleqraf.com xəbər verir ki, 25 milyon əhalisi olan şəhərdə bir aydan çoxdur virusa yoluxma halları artıb.

Şəhərin şərq və qərb hissəsində fərqli karantin qaydaları tətbiq edilib.

Karantin qaydalarının nə zamana qədər sürəcəyi məlum deyil.

Gündəlik virusa yoluxma halları 13 mini keçib. Hətta zəruri ehtiyaclar olsa belə insanların küçəyə çıxması qadağan edilib.


Müəllif: Aysel Azad