İspaniya keşişlərinin illərlə azyaşlı uşaqlara qarşı etdiyi təcavüz hərəkərləri ölkəni bir-birinə qatıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisələr İspaniyanın Əndəlüs əyalətində baş verib. Qranada kilsəsinin bəzi keşişləri azyaşlı uşaqlara təcavüzdə ittiham olunur. Onların uşaqları xüsusi evlərdə təşkil etdikləri partilərə apararıb cinsi əlaqəyə girdikləri iddia olunur.
Hadisə uşaqlardan birinin Katolik dünyasının ruhani lideri, argentinalı Papa Françeskoya göndərdiyi bir məktubdan sonra ortaya çıxıb. O, məktubda Qranada bölgəsində işləyən bəzi keşişlərin uzun illər ona təcavüz etdiyini qeyd edərək Papadan bunun qarşısını almasını istəyib. Azyaşlı bu hərəkətlərin hələ də davam etdiyini bildirib.
Bu məktuba cavab verən Papa Françesko dərhal hərəkətə keçərək İspaniyadakı səlahiyyətlilərlə danışıqlar aparıb. Kilsə hadisənin ortaya çıxmaması üçün çox çalışıb. Amma mətbuatda gedən yazılardan sonra 12 keşiş haqqında istintaq başlayıb. Onlardan 4-ü artıq nəzarətə altına alınıb.
Həbslərin önümüzdəki günlərdə davam edəcəyi bildirilib. Qranada kilsəsi təcavüzlərlə əlaqədar xalqdan üzr istəyib, ancaq xalqın qəzəbi azalmayıb.
Kilsəyə gedən bəzi keşişlər isə yerə uzanaraq Hz.İsanın onları bağışlamasını istəyib.