8 Aprel 2022 12:48
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə danışıqlar Ukraynada müharibənin dayandırılmasına kömək etməyəcək. Buna görə də, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.

Prezident deyib ki, Polşanın Baş naziri Mateuş Moravetskinin “Adolf Hitlerlə heç kimin danışıqlar aparmadığını” deyərək Fransa prezidenti Emmanuel Makronu nəzərdə tutması təəccübləndirmir:

“Rusiya ilə dialoqun mənası yoxdur.Vladimir Putinə çox sərt şərtlər qoyulmalıdır. Biz deməliyik: əgər siz bu şərtlərə əməl etmirsinizsə, danışmağa bir şeyimiz yoxdur. Biz Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik, sanksiyalar rejimini gücləndirəcəyik. Çünki heç bir nəticə verməyən dialoq Rusiyaya vaxt qazanmaq üçün bir oyundur”.

Dudanın sözlərinə görə, onun ölkəsi Rusiya ilə Almaniya arasında qaz kəmərlərinin yaradılmasına qarşı çıxıb və bunun Polşa və Baltikyanı dövlətlərdən yan keçməklə işlənmiş “siyasi layihə” olduğunu bildirib. O, Rusiyanın “Şimal axını-2” qaz kəmərinin sökülməsinə çağırıb: “Rusiya təkcə Almaniyanı deyil, indi faktiki olaraq bütün Avropanı şantaj edir”.


Müəllif: Nemət