25 Noyabr 2014 13:50
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstandakı ABŞ silahlı qüvvələri gələn ildən Taliban terror qruplaşmasına qarşı mübarizə aparmayacaq.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Josh Ernest açıqlayıb. Onun sözlərinə görə, amerikalı əsgərlər Əfqanıstanda yerli qüvvələrə təlim keçmək, “Əl-Qaidə” terror təşkilatına və onun qollarına qarşı mübarizə aparmaq üçün təlimatlandırılıblar. Ernest qeyd edib ki, son vaxtlar aparılan əməliyyatlar nəticəsində Taliban xeyli zəifləyib:

“ABŞ hesab edir ki, yerli qüvvələr Talibana qarşı tək mübarizə apara bilər. Bu səbəbdən də hazırda əsas fikrimiz Əl-Qaidə qruplaşmasını mümkün qədər zəiflətməyə yönəlib”.

Samir


Müəllif:

Oxşar xəbərlər