9 Aprel 2022 22:03
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Ukraynadakı səfirliyini yenidən paytaxt Kiyevə köçürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.

“Hökumət olaraq səfirliyimizi yenidən Kiyevdə açmağa qərar verdik. Səfirlik Pasxa bayramından sonra fəaliyyətə başlayacaq. İtaliya səfirliyi Kiyevi sonuncu tərk edənlərdən, indi isə ən tez geri qayıdanlardandır”, - deyə nazir bildirib.

Xatırladaq ki, İtaliya martın 1-də Kiyevdəki səfirliyini Lvova köçürmüşdü.


Müəllif: Teleqraf.com