10 Aprel 2022 00:40
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Milli Məclisi (parlamentin aşağı palatası) bu gün baş nazir İmran Xana etimadsızlıq votumunun qəbul edilməsi üzrə səsvermə keçirib.

Teleqraf.com xəbər verir ki, səsvermənin nəticəsində əsasən etimadsızlıq votumu qəbul edilib.

Etimadsızlıq votumunun leyhinə 174 deputat səs verib. Bu isə parlamentin aşağı palatasının əksəriyyətini təşkil edir.


Müəllif: Teleqraf.com