10 Aprel 2022 10:10
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada prezident seçkilərinin birinci turunda səsvermələr başlayıb.

Teleqraf.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb.

Lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq.

Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.

***

08:27

Fransada bu gün prezident seçkilərinin birinci turu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.

Birinci turda on iki namizəddən ikisi müəyyən ediləcək, onlar iki həftədən sonra - aprelin 24-də ikinci turda mübarizəni davam etdirəcəklər.

Seçki məntəqələrinin qapıları Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq.


Müəllif: Teleqraf.com