10 Aprel 2022 09:57
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya parlamentinə federal seçkilər mayın 21-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə bəyanatla baş nazir Skott Morrison general-qubernator Devid Hurli ilə görüşdən sonra çıxış edib.

Parlamentdə çıxış edən Skott Morrison Nümayəndələr Palatasına və Senata seçkilərin mayın 21-i şənbə gününə təyin edildiyini açıqlayıb.

Hökumət başçısı həmvətənlərini gələcək seçkilərdə rəhbərlik etdiyi Avstraliya Liberal Partiyasını dəstəkləməyə çağıraraq qeyd edib ki, hazırda ölkə iqtisadiyyatının yerləşdiyi şəraitdə “riskə yer yoxdur”. Onun fikrincə, avstraliyalılar artıq bələd olduqları “sınanmış” komanda ilə perspektivi qeyri-müəyyən qalan müxalifət arasında seçim etməli olacaqlar.


Müəllif: Teleqraf.com