11 Aprel 2022 21:13
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya gün ərzində 8-10 reys hava yolu ilə silah göndərir. Bu silahlar daha sonra hərbi karvan vasitəsi ilə Ukraynaya daşınır.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli şəxsi deyib.

Onun sözlərinə görə, bunun üçün ABŞ müttəfiqləri ilə birlikdə mürəkkəb və səmərəli təchizat mexanizmi yaradıb.

“Söhbət gün ərzində Ukraynaya 8-10 reysdən gedir. Təchizat yerüstü hərbi konvoylar vasitəsi ilə daşınır”, - deyə Pentaqonun rəsmisi bildirib.

ABŞ Müdafiə Nazirliyi bir sıra ölkələrin Ukrayna qüvvələrinə kömək üçün T-72 tanklarının göndərildiyini bildirib.


Müəllif: Teleqraf.com