12 Aprel 2022 21:42
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Rusiya öz qüvvələrini yenidən təchiz etmək üçün geri çəkib. Onlar bu dəfə Donbas istiqamətində hücuma keçirlər. Əsas qüvvələrini burada cəmləşdiriblər. Bu ərazilərdə döyüşlər daha intensiv, daha qanlı və daha uzun müddətli olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi əcnəbi jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.

Con Kirbi Ukraynanın artıq 8 ildir ki, Donbas uğrunda savaşdığını xatırladıb: “Prezident Zelenski də bildirib ki, Ukrayna torpaqlarının bir qarşını da verməyəcək və belə halda ABŞ da Ukraynanın təhlükəsizliyinə dəstək vermək üçün əlindən gələni edəcək”.

Pentaqon sözçüsü vurğulayıb ki, 30-dan çox ölkə Ukraynaya hərbi yardım edir: “Prezident Baydenin qərarı ilə Ukraynaya maliyyə və hərbi yardım ayrılır. Bu ayın ortalarında hərbi yardımın növbəti hissəsi Ukraynaya çatdırılacaq. Biz onların ehtiyac duyduğu dəstəyi veririk. Bu günlərdə onlarla Ukrayna hərbçisi ABŞ-da təlim keçdi, müdafiə nazirimiz bu hərbçilər öz vətənlərinə yola düşməzdən əvvəl onlarla görüşdü”.


Müəllif: Teleqraf.com