ABŞ-da keçirilən etiraz aksiyaları zamanı 30 nəfər həbs olunub.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, qarşıdurmalar zamanı xəsarət alanların sayı 13-ə yüksəlib. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və taxta parçaları atıblar. Polis isə göz yaşardıcı qaz və rezin dəyənəklərdən istifadə etməli olub.
Qeyd edək ki, Ferguson şəhərində bu ilin avqustun 9-da əlində oyuncaq silah tutan qaradərili gənc oğlanı şəxsi silahı ilə 6 dəfə atəş açaraq öldürən polis əməkdaşı Darren Vilson məhkəmə qərarı ilə azadlığa buraxılıb. Bundan sonra bölgədə vəziyyət gərginləşib.
Samir