15 Aprel 2022 21:26
2 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiya-Çin münasibətlərini korlamaq cəhdlərini dayandırmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

“Vaşinqton Ukrayna böhranı fonunda davamlı olaraq yalan məlumatlar yayır, bir çox yollarla Çinin simasını ləkələməyə, Çin və Rusiya arasında münasibətləri pozmağa çalışır. Biz heç kimə meydan oxumaqda maraqlı deyilik”, - Litszyan deyib.

O, həmçinin ABŞ hökumətini müxtəlif ölkələr arasındakı münasibətləri pozmaq cəhdlərindən əl çəkməyə çağırıb.

Çjao həmçinin bildirib ki, beynəlxalq məsələlərdə ikili standartlara, təhriflərə, təzyiqlərə və təhdidlərə yer yoxdur və Çin həmişə buna qarşı çıxıb.

Onun sözlərinə görə, Pekin Ukrayna ətrafındakı böhranın sülh yolu ilə həllini dəstəkləyir və onun mövqeyinin təhrif edilməsinə və ya ləkələnməsinə imkan verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu