25 Noyabr 2014 19:01
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya İnsan Haqları Təşkilatı (SNHR) 25 Noyabr - Qadına İstiqamətli Şiddətə Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə ictimaiyyətə təqdim etdiyi hesabatda bir sıra mühüm faktları açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, burada rejim qüvvələrinin zorakılığı səbəbindən 2011-ci ilin martından bəri ölkədə 4194 uşaq, 15372 qadın həyatını itirib. Qadınların 641-isnayperlər tərəfindən vurulub və ya zəhərli qazlarla öldürülüb.

Vətəndaş müharibəsi səbəbiylə həyatını itirənlərin 6 faizini qadınlar təşkil edir.

Hesabata görə, terror təşkilatı İŞİD Hamanın şərq çölünün yaxınlığında - Deyruz Zor və Rakka şəhərlərində 81 qadını öldürüb. Onlardan 5-i daş-qalaq edilərək, qətlə yetirilib.

Kürd qrupların açdığı atəşlə 25 qadın həyatını itirib. Suriyadakı digər silahlı qruplar tərəfindən 255 qadın öldürülüb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər