16 Aprel 2022 23:42
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi əməliyyatlar dayandırıldıqdan və Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra Rusiya ilə NATO-ya üzv olmaqdan imtina məsələsini və Krımın statusunu müzakirə etməyə hazırdır.

Tleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Təhlükəsizlik zəmanətləri mövcuddur. Biz bunu istəyirik. NATO məsələsi var, danışaq. Krım məsələsi var, başa düşürük ki, atışma olmayandan sonra bu haqda danışaq. Bu, normal bir addımdır. Məncə, normaldır. Danışacağıq və qərar verməliyik. Amma atəşkəsdən və hərbi texnika geri çəkiləndən sonra ”, - deyə Zelenski vurğulayıb.


Müəllif: Teleqraf.com