25 Noyabr 2014 22:56
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentində çıxış edən Roma Papası Fransisk Avropa cəmiyyətinin vəziyyətini tənqid edib.

Teleqraf.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, o bildirib ki, Avropa qoca və əldən düşmüş təəssüratı yaradır: "Avropa getdikcə əsas hərəkətedici simasını itirir".

Roma Papasının fikrincə, Avropa İttifaqının əsas problemi insan tənhalığının müxtəlif formalarıdır: "İnsana maşın kimi baxılmamalı, iqtisadiyyat deyil, insan şəxsiyyəti diqqət mərkəzində olmalıdır. Buna görə də ailəyə, təhsil ocaqlarına və ekologiyaya diqqət ayırmaq lazımdır".

O, bəyan edib ki, Avropanın əsas vəzifəsi demokratiyanı saxlamaqdır: "Bu məqsədlə qloballaşma prosesinə təsadüf edən bir sıra tendensiyalardan uzaq durmaq lazımdır".


Müəllif:

Oxşar xəbərlər