18 Aprel 2022 12:36
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hökuməti Yəmən Prezidenti Mənsur Hadi istefaya getməyə və səlahiyyətlərini Prezident Şurasına təhvil verməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşr Hadinin hazırda ev həbsində olduğunu yazıb.

Beləliklə, hakimiyyəti devrilmiş husilərə vermək istəmədiyi üçün vətəndaş müharibəsinin başlamasından 7 il sonra o, hakimiyyəti Prezident Şurasına təhvil verib.

Şura Yəmənin səkkiz ən nüfuzlu siyasi qüvvəsinin liderlərini özündə birləşdirir. Şuranın Ər-Riyadla məsləhətləşmələrdən sonra yaradıldığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu