26 Noyabr 2014 02:08
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandda çərşənbə axşamı terror aktlarını planlaşdırmaqda şübhəli bilinən üç nəfər həbs edilib.

Teleqraf.com-un TASS agentliyinə istinadən bu barədə rayon prokurorluğu məlumat verir.

Onun məlumatına görə, saxlanılmalar Arnem və Eyndhoven şəhərlərində keçirilib. "Həbs olunan şəxslərdən biri əvvəllər Suriyada yaraqlılar tərəfində vuruşub, digər iki nəfər isə ehtimal olunur ki, onunla əlaqədə olublar, - idarədən dəqiqləşdiriblər. Onlar "Cebhat ən-Nusra" terrorçu qruplaşmasına qoşulmaq istəyiblər.

Terror aktlarını planlaşdıran şəxslər barəsində istintaq, Niderlandın kəşfiyyat və təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə keçirilir. Həmin təşkilat radikallara qoşulmaq planlaşdıran və ya qaynar nöqtələrdən qayıdan islamçılar haqqında məlumat toplamaqla məşğuldur.

Qeyd olunan iş üzrə İstintaq çərçivəsində oktyabrın 30-da Arnem, Eyndhoven, Rotterdam və Dusburqda şübhəli şəxslərin evlərində axtarışlar aparılıb, kompüterlər, mobil telefonlar və planşetlər götürülüb.

Niderlandda terror aktlarının törədilməsi təhlükəsi artandan sonra, ölkədə cari ilin yayından terrorizmlə mübarizə üzrə gücləndirilmiş tədbirlər görülüb.


Müəllif:

Oxşar xəbərlər