19 Aprel 12:25
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emanuel Makron Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün bu gün amerikalı həmkarı Co Bayden və bir sıra digər Qərb liderləri ilə telefon danışığı aparmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı bu barədə “France 5”in efirində məlumat verib.

Makron vurğulayıb ki, müharibəni bitirmək üçün hər şeyi etmək niyyətindədir.

Fransanın Rusiyadan qaz idxalını məhdudlaşdırıb- məhdudlaşdırmayacağından danışan Makron Rusiyadan birbaşa Fransaya gələcək boru xəttinin olmadığını bildirib.

O, digər ölkələrin də həmin tədarüklərdən asılı olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu