19 Aprel 2022 21:13
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada az sayda ölkənin sahib olduğu, türk donanmasının arsenalında isə iki ədəd olan seysmik tədqiqat gəmisi dənizlərdə Türkiyənin əlini gücləndirir.

Teleqraf.com xəbər verir ki, enerji sahələrindəki araşdırmaları ilə bu sahədə Türkiyəyə əlavə güc qazandıran “Oruc Rəis”in Aralıq dənizindəki fəaliyyəti Yunanıstanı narahat etməyə başlayıb.

Yunan nəşri “Ta Nea” 2020-ci ildə “Oruc Rəis” ətrafında yaranmış böhrana toxunaraq, Yunanıstanın Egey dənizində üstünlük əldə etmək üçün hazırladığı planı açıqlayıb.

Qəzet “Oruc Rəis” böhranının bir daha yaşamaq istəməyən Afinanın 13 illik planla üstünlüyü ələ keçirməyə çalışacağını yazıb.

Nəşrin iddiasına görə, Yunanıstan 2021-2034-cü illərdə 12 müasir freqat və 6 korvetə sahib olarsa, Egey dənizində üstünlüyü ələ ala biləcək.

“Oruc Rəis” böhranına toxunan “Ta Nea” Afinanın bu hadisələrdən dərs alıdığını da vurğulayıb. Beləliklə, yunanlar ilk mərhələdə 3-4 il ərzində cəmi 12 freqat və korvet sayəsində Egeydə üstünlük qazana biləcəklərini düşünürlər.

Qəzetin yazdığına görə, ideal 18 döyüş gəmisinə çatmaqdır. Bununla belə, hazırda Yunanıstan Hərbi Dəniz Qüvvələrində 9 ədəd 40 yaşlı “S” tipli freqat və 4 ədəd 30 yaşlı “Meko” tipli freqat var.

Bundan əlavə, Yunanıstanın 3-4 korvet tipli döyüş gəmisi sifarişi üçün Fransa, İngiltərə və İtaliyadan edilən təklifləri nəzərdən keçirdiyi məlumdur.

Yunanıstan 2026-cı ildə Fransadan 3 milyard avro dəyərində 3 ədəd “Belharra” tipli freqat alacaq.

2020-ci ilin avqust ayında Antalya sahillərində təbii qaz axtarış fəaliyyətlərini davam etdirən “Oruv Rəis”in yunan döyüş gəmiləri tərəfindən qarşısını almağa cəhd edilib. Türkiyə donanması buna müdaxilə edərək, yunan gəmilərinin oradan uzaqlaşmasına səbəb olub. Proses iki ölkə arasında ciddi böhran yaradıb.

“Kamal Rəis” gəmisi “Oruc Rəis”i müşayiət edərək, yunanların təxribatçı müdaxilələrinə tutarlı cavab verib.


Müəllif: Mənsur Rəğbətoğlu