26 Noyabr 2014 08:50
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son məlumata görə, Suriya ordusunun “İŞİD” terror qruplaşmasının ölkənin Rakka şəhərindəki mövqelərinə endirdiyi hava zərbələr nəticəsində ölənlərin sayı 60-a çatıb.

Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, ölənlər arasında uşaqlar daxil olmaqla xeyli sayda mülki şəxslər var. Şəhərdə ərzaq məhsullarının qıtlığı və elektrik enerjisinin verilişində problem yaranıb.

Qeyd edək ki, son aylar Suriya ordusunun “İŞİD”-in Rakka şəhərindəki mövqelərinə hücumlarının sayı xeyli artıb. Öz növbəsində, beynəlxalq koalisiya qüvvələri də şəhərə mütəmadi hava zərbələri endirir.


Müəllif:

Oxşar xəbərlər