26 Noyabr 2014 08:54
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın federal kansleri Angela Merkel Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin qaçılmaz olduğunu bildirib.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Deutsche Welle məlumat yayıb.

Onun sözlərinə görə, sanksiya rejiminin iqtisadiyyata zərər verməsinə baxmayaraq, Ukraynadakı münaqişənin nizamlanması üçün bu cür tədbirlərin görülməsi zəruridir.

“Biz durmadan böhranın diplomatik yolla nizamlanması üzərində çalışırıq. Lakin, təəssüflər olsun ki, Ukraynanın ərazi bütövlüyünün pozulması hələ də davam edir”, deyə Merkel qeyd edib


Müəllif:

Oxşar xəbərlər