20 Aprel 2022 21:12
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan Çinin bir hissəsidir, bu fakt və status-kvonu heç nə dəyişdirə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Çinin müdafiə naziri Vey Fenxe amerikalı həmkarı Lloyd Ostinlə görüşündə bildirib.

Aprelin 15-də Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Syan ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyətinin Tayvana səfərini şərh edərkən bildirib ki, bu, Vaşinqton və Pekin arasındakı münasibətlərin siyasi əsasını sarsıdır. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı Tayvan boğazında gərginliyi daha da artırır.

Müdafiə Nazirliyi isə Çin Xalq Azadlıq Ordusunun Tayvanın müstəqilliyini tanımaq cəhdlərinin qarşısını almaq üçün bütün tədbirləri görəcəyini vəd edib. Eyni zamanda, Çin Amerika nümayəndə heyətinin gəlişinə cavab olaraq, Tayvan ərazisində hərbi təlimlər keçirmək qərarına gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu