21 Aprel 2022 10:22
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin Ukraynada “Pasxa humanitar pauzası” tətbiq etmək təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib.

“Moskvanın mövqeyi bir neçə saatdan sonra Təhlükəsizlik Şurasında açıqlandı”, - diplomat Rusiya nümayəndəsinin çıxışının videosunu yayaraq deyib.

Qeyd edək ki, Rusiya diplomatı barışıq çağırışını “Kiyev millətçiləri və radikallarına möhlət vermək istəyi” adlandırıb.

Xatırladaq ki, BMT-nin baş katibi münaqişə tərəflərini bazar gününə kimi “Pasxa barışığı” elan etməyə çağırıb.

Baş katibin sözlərinə görə, belə bir atəşkəs Ukraynanın döyüşlərdən zərər çəkmiş rayonlarında daha çox mülki əhalinin təxliyəsinə, humanitar təşkilatlara isə zərərçəkənlərə yardım etməyə imkan verəcək.

Ukrayna bu təkliflə razılaşıb.


Müəllif: Nemət