26 Noyabr 2014 10:05
1 167

Türkiyədə qeydə alınmış bu görüntülərdə oğurladığı telefonu götürüb qaçmaq istəyən şəxsin uğursuzluğu lentə alınıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, retoranda oturan şəxs cibindən telefonu çıxardan zaman qəfil ona yaxınlaşan oğru telefonu götürüb qaçır. Ancaq o uzağa gedə bilmir. Yolu qaçaraq keçmək istəyən cinayətkarı sürətlə gələn maşın vurur. Əlindəki telefonu yerdə buraxan oğru qəzadan sonra qaçmağa başlayır.

Bütün olanlar təhlükəsizlik kamerası ilə lentə alınıb.

Samir


Müəllif:
Загрузка...