22 Aprel 2022 19:45
2 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Xarici İşlər Nazirliyinin son açıqlamasında Kuril adalarının “qanunsuz işğal olunmuş ərazilər” adlandırılması Kremlin kəskin reaksiyasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, rəsmi Tokioya cavab verən Kremlin sözçüsü Dmitri Peskov qonşu ölkəni “düşmən” adlandırıb.

“Bu dörd adanın hamısı Rusiya üçün təhvil verilməyəcək ərazilərdir. Açığını desəm, Yaponiya düşmən ölkəyə çevrildiyi və Rusiyaya qarşı düşmənçiliyi davam etdirdiyi üçün danışıqların davam etdirilməsindən danışmaq olduqca çətindir”, - Peskov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu