Yaşayış məntəqələri artilleriya atəşinə tutuldu
Ukraynada antiterror əməliyyatları bölgəsində vəziyyət gərgin olaraq qalır.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, sutka ərzində separatçılar antiterror əməliyyatları qüvvələrinin mövqelərini 47 dəfə atəşə tutub. Atəş minomyot, "Qrad" qurğuları və tanklardan açılıb.
Separatçıların aktivliyi üç strateji bölgə - Luqans, Debalçovsk və Donetskdə müşahidə olunur.
Bundan başqa, Donetsk və Luqanskda yaşayış məntəqələri 10 dəfə atəşə tutulub. Mülki vətəndaşlar arasında ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir. Eyni zamanda Donetsk aeroportu da hücuma məruz qalıb.
Ukrayna antiterror əməliyyatları qüvvələri cavab olaraq, separatçıların mövqelərinə 83 artilleriya zərbəsi endirib.
Nihad