24 Aprel 2022 10:10
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, aprelin 24-də Fransada növbəti beş il üçün dövlət başçısını müəyyən edəcək prezident seçkilərinin ikinci turu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Fransanın Hüquq və İnzibati İnformasiya Departamentinin saytında deyilir ki, Martinika, Qvadelupa, Qayana, Sent-Pyer və Mikelon, Sent-Bartelemi, Sent-Martin, Fransız Polineziyası və Amerika qitəsi ərazilərində fransızlar aprelin 23-də səsvermə keçirib.

Hazırkı prezident Emmanuel Makron və ifrat sağçı Milli Birlik lideri Marin Le Pen beş il əvvəl olduğu kimi ikinci turda da qalib gəlmək üçün mübarizə aparır. Bu iki namizəd seçkilərin birinci turunda müvafiq olaraq 27,85% və 23,15% səs toplayıb .

Seçicilərin saat 20:00-a qədər səs verə biləcəyi böyük şəhərlər istisna olmaqla, seçki məntəqələri səhər saat 8:00-da açılır və 19:00-da bağlanır.


Müəllif: Teleqraf.com