24 Aprel 2022 12:23
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Rusiya Federasiyasının sanksiyalara görə üzləşdiyi problemləri ört-basdır etmək üçün əsas iqtisadi göstəricilər haqqında məlumatları gizlətməyə başlayıb.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin yazdığına görə, son günlər Rusiya hakimiyyəti dövlət borcu, ticarət statistikası və neft hasilatı ilə bağlı məlumatların dərcini dayandırıb.

Mərkəzi Bank kreditorların xarici ölkələrlə məlumat paylaşmasının qarşısını almaq üçün qanun layihəsi üzərində işləyərkən, yerli bankların müntəzəm dərc etməli olduğu maliyyə məlumatlarının həcmi məhdudlaşdırılıb. Yerli kreditorlardan 31 dekabr 2021-ci il tarixindən 1 oktyabr 2022-ci il tarixinədək olan dövr üçün müəyyən maliyyə hesabatlarını dərc etmələri tələb olunmayacaq. Hökumət hələ də inflyasiya, ümumi daxili məhsul və bir sıra digər məlumatlar kimi əsas göstəriciləri dərc edir. Amma nəşrlərin həcmi daralıb.
Hesab edilir ki, məhdudiyyətlər Vaşinqton və Brüsselin sanksiyalarının Rusiya iqtisadiyyatına necə təsir etdiyini görməyə imkan vermir, həmçinin yeni hədəflər tapmağı və sanksiyaların gələcək mərhələlərini dəqiqləşdirməyi çətinləşdirir.

Ötən həftə Rusiya Energetika Nazirliyinin neft hasilatı və ixracı ilə bağlı aylıq məlumatları açıqlayan bölməsi "Rusiya bazarına və onun iştirakçılarına əlavə təzyiq kimi istifadə oluna biləcək məlumatların yayılmasını" məhdudlaşdırdığını bildirmişdi.


Müəllif: Teleqraf.com