İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Kərkükün cənubunda hücuma keçiblər.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, könüllü kürd qüvvələrinin nəzarətindəki Məktəb Xalid, Telilverd, Məryəm Beg və Mələ Abdulla kəndinə edilən hücumlar zamanı ağır silahlardan istifadə olunduğu bildirilir.
İki saat davam edən döyüşlər zamanı İŞİD döyüşçüləri geri çəkilməyə məcbur olub.
Hücumlar zamanı kürd döyüşçülərindən bəzilərinin yaralandığı qeyd edilir.
Samir