28 Aprel 2022 11:18
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Baş naziri Şahbaz Şərif paytaxt İslamabadda jurnalistlərə açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Şərif ölkəsinin ABŞ-la düşmənçiliyə tab gətirə bilməyəcəyini və İslamabadın Vaşinqtonla yaxşı münasibətləri inkişaf etdirməli olduğunu vurğulayıb.

Şərif keçmiş baş nazir İmran Xanın onun hakimiyyətdən uzaqlaşdırılmasında ABŞ-ın rolu ilə bağlı ittihamına cavabında Milli Təhlükəsizlik Komitəsinin bəyanatının aydın olduğunu və heç bir kənar sui-qəsdin olmadığını bildirib.

Baş nazir sui-qəsd iddiaları ilə bağlı məhkəmə komissiyasının yaradılmasını da nəzərdən keçirəcəyini söyləyib.

Şahbaz Şərif baş nazir olduqdan sonra ilk rəsmi səfərini bu gün Səudiyyə Ərəbistanına edəcək.

Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində 174 əleyhinə səs toplayan İmran Xan iqtidardan uzaqlaşdırılıb.

Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu