26 Noyabr 2014 21:24
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şimalında və cənubunda Taliban terror qruplaşmasına qarşı əməliyyatlar genişləndirilib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Helmand vilayətinin Navzad rayonunda əfqan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda Talibanın 26 döyüşçüsü öldürülüb.

Əfqanıstan Müdafiə Nazirliyi verdiyi yazılı açıqlamada əməliyyatlar zamanı 25 ədəd əl bombası, 12 zirehli maşının ələ keçirildiyi qeyd edilir.

Əfqanıstan ordusunun Kunduz vilayətində etdiyi hücumlar zamanı Taliban komandirlərindən Bu Səlim və Bu Bilalın da aralarında olduğu 4 nəfər öldürülüb və 2 döyüşçü yaralanıb.

Samir


Müəllif: